Azərbaycanda rus bölmələri bağlanır? - Nazir açıqladı

🗓 10.07.2025 12:20 ✍️ "Elçi" qəzeti
Azərbaycanda rus bölmələri bağlanır? - Nazir açıqladı

Rus bölmələrinin bağlanması bu gün gündəmdə deyil.

Elchi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, rus dili fəni üzrə müəllim çatışmazlığı mövcuddur:

“Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq, ana dilini yaxşı bilməsi bizim əsas prioritetimizdir. Şagird Azərbaycan büdcəsi ilə təhsil alırsa, ondan azərbaycanca tələb etmək haqqımız var”.

Bənzər yazılar