"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

"Mən sifarişlə həbs olunmuşam"

30 Mart 2015 - 22:31
in GÜNDƏM
FacebookVatsap

“AMAY Abdulla” Azərbaycanda qorxu mühitinin yaradıldığını deyir

Bunu da oxuyun

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr seçilib

Abdulla Abdullayev: “Bərəat almasam, ürəyim partlayar…”
amayYaxın günlərdə “AMAY” Ticarət Mərkəzinin rəhbəri, tanınmış iş adamı Abdulla Abdullayevin həbsinin bir ili tamam olur. Azərbaycanda daha çox “AMAY Abdulla” kimi tanınan iş adamı dünən məhkəmədə bir daha bildirib ki, ona qarşı irəli sürülmüş ittihamların heç bir qanuni əsası yoxdur. Bəyan edib ki, onu sifarişlə həbs ediblər.
Xatırladaq ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda İlyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Dünənki məhkəmə iclasında Abdulla Abdullayev deyib ki, onunla yanaşı mühakimə olunan işçilərinin heç bir günahı yoxdur: “Onlara mənim həbsimə zəmin yaratmaq üçün ittiham verilib”.
Təqsirləndirilən şəxslərdən Heydər Rzayev “Birlikbank”ın İdarə Heyətinin sədr müavini olub. O, ifadəsində bildirib ki, Abdulla Abdullayev bankın Müşahidə Şurasının sədri olub, lakin İdarə Heyətinin qərarlarına müdaxilə etməyib, onlara heç bir tapşırıq verməyib.
Heydər Rzayevin istintaqa ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb. O, istintaqa ifadəsində deyib ki, Abdulla Abdullayevin tapşırığı ilə hərəkət ediblər.
Məhkəmədə ona bu ziddiyyəti xatırladanda Heydər Rzayev prokurorluqda verdiyi ifadənin yadında olmadığını bildirib.
Bu cavabdan sonra hakim ona irad tutub: “Siz həmin ifadənin altına imza atmısız. Hər atdığımız imza isə daş altında yatan ilandır. Nə vaxt o daşı qaldırsan, həmin ilan səni çalacaq. Ona görə də hamımımz imzamıza hörmət etməliyik”.
Bu məqamda Abdulla Abdullayev replika verərək bildirib ki, Heydər Rzayev qorxudan o cür ifadə verib: “Qurddan qorxan quzu kimi müstəntiqin qarşısında əsiblər”.
Bu replikadan sonra Abdullayevlə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Fərid Hağıyev arasında maraqlı dialoq yaşanıb:
– Bəs burada niyə əsmirlər?
– Burada qurd yoxdur axı…
Bundan sonra məhkəmə prosesində qısa fasilə yaranıb. Fasilə zamanı Abdulla Abdullayev ölkədəki vəziyyətlə bağlı fikirlərini bölüşərək, Azərbaycanda qorxu mühiti yarandığını bildirib: “Azərbaycanda hamı qanun qarşısında cavadeh deyil. Hamı qanundan qorxmur. Hakim prokurordan, prokuror hakimdən qorxur. Jurnalistlər həqiqəti yazıb mənim günümə düşməkdən qorxurlar. Mən üzümə duracaq üzəduranlardan qorxuram. Yəni, hamı qorxur. Mən isə mübarizə aparacağam və mütləq bəraət alacağam. Bərəat almasam, ürəyim partlayar…”
Fasilədən sonra Heydər Rzayev vəkillərin suallarını cavablandırarkən bildirib ki, Sahibkarlığa Kömək Fondundan ayrılmış pullar “Birlikbank” tərəfindən müxtəlif müəssisələrə kredit şəklində verilib. Bu kredit müqavilələri isə müştəlilərlə Fond arasında yox, “Birlikbank” arasında bağlanıb. Bu baxımdan müştərinin Fond qarşısında heç bir məsuliyyəti yoxdur. Birlikbank”ın ləğvindən sonra qalan borclarının ödənilməsi ilə bağlı məsuliyyət isə Ləğvetmə Komissiyasının üzərindədir və Abdulla Abdullayevin bu məsələyə ilə də əlaqəsi yoxdur.
“Sahibkarlığa Kömək Fondunun iddiası əsassızdır. Çünki banka olan borcların əvəzində məhkəmə qərarı ilə banka əmlaklar təqdim edilib. Əgər icra xidməti həmin əmlakı vaxtında sataraq pulun ödənilməsini təmin etməyibsə, bu məsələdə günahkar biz deyilik”, – deyə Heydər Rzayev qeyd edib.
O həmçinin vurğulayıb ki, AMAY-la heç bir əlaqəsi olmayıb və ittihamda yer alan mütəşəkkil dəstə də mövcud deyil.
Digər təqsirləndirilənlərdən “AMAY”ın kassiri olmuş Nadejda İlyasova, Elşən Nəzərov da dünən dindirilib.
Elşən Həzərov ifadəsində bildirib ki, özünü təqsirli bilmir və cinayət işini əsassız hesab edir. “Texnikabank”dan götürülən kreditlər haqda danışan Elşən Həzərovun sözlərinə görə, ümumilikdə 50 milyona qədər kredit olub: “Bankın özündən təklif elədilər ki, ayrı-ayrı hüquqi şəxslərin adına hissə-hissə götürülsün. Bunun da müqabilində əmlaklar girov qoyulub. Həmin əmlaklar aşağı qiymətlə qiymətləndirilirdi. Biz isə “AMAY”ın tikintisi üçün vəsaitə ehtiyacımız olduğundan razılaşmağa məcbur idik. Həmin vəsaitlər də təmir-tikinti işlərinə sərf edilib. Bankın işçiləri də bizdən pulun hara sərf ediləcəyini soruşurdular. Bildirirdik ki, kreditin məqsədi tikinti aparmaqdır…”
Bu zaman Abdulla Abdullayev yerindən replika verib: “Guya Etibar (“Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevi nəzərdə tutur) bilmirdi ki, o pullar hara sərf olunur? Onlar pulu elə ona görə verirdilər də… Hörmətli hakim, bu Elşən Nəzərov mənim bacımın həyat yoldaşıdır. AMAY rəsmən onun adına olsa da, faktiki sahibi mən olmuşam. Mən nə demişəmsə, onu edib”.
Elşən Həzərov dindirmə zamanı onu da qeyd edib ki, prokurorluqda iki dəfə ifadə verib, birində ümumiyyətlə, vəkili olmayıb, ikincisində isə dövlət hesabına təyin edilmiş vəkil iştirak edib. İstintaq zamanı prosessual pozuntularla üzləşdiyini deyən Elşən Həzərov bildirib ki, ona təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı təqdim olunmayıb, latın qrafikasını bilmədiyi halda, bu əlifba ilə yazılmış sənədlərə imza atdırılıb və s.
Abdulla Abdullayev isə məhkəmənin gedişində bir daha vurğulayıb ki, digər təqsirləndirilənlər onun tapşırığına əsasən fəaliyyət göstəriblər: “Yəni bir ağa vardı, o da mən olmuşam. Ağa nə deyibsə, o da olub. Banklarla müqavilələr müxtəlif firmalarla bağlanıb və pullar da qaytarılıb. Qaytarılmaması ilə bağlı hansısa iddia varsa, bu da mülki məsələdir və cinayət işinə aidiyyəti ola bilməz”.
Məhkəmə prosesi bu gün davam edəcək.
Previous Post

"Mən sifarişlə həbs olunmuşam"

Next Post

Ermənistan himni səslənəndə idmançımız niyə oturdu?

Bənzər yazılar

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. Elchi.az xəbər verir ki,...

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Elchi.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin...

Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12

Mətbuat Şurasının yeni sədri seçilib. Elchi.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat...

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin...

Next Post

Ermənistan himni səslənəndə idmançımız niyə oturdu?

Ermənistan himni səslənəndə idmançımız niyə oturdu?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Le Figaro”: Tramp administrasiyası Kiyevi təslim olmağa sövq edir

“Le Figaro”: Tramp administrasiyası Kiyevi təslim olmağa sövq edir

19 Oktyabr 2026 - 17:48
“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib – VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib – VİDEO

19 Oktyabr 2026 - 17:44
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

19 Oktyabr 2026 - 17:38
Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

19 Oktyabr 2026 - 17:25
FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi – FOTO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi – FOTO

19 Oktyabr 2026 - 17:18
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

19 Oktyabr 2026 - 17:09
Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

19 Oktyabr 2026 - 16:59
Azərbaycanlı alimlər suyun təmizlənməsi mexanizmlərini təhlil ediblər

Azərbaycanlı alimlər suyun təmizlənməsi mexanizmlərini təhlil ediblər

19 Oktyabr 2026 - 16:46
Özbəkistanda qızılca təhlükəsinə qarşı təcili tədbirlər görülür

Özbəkistanda qızılca təhlükəsinə qarşı təcili tədbirlər görülür

19 Oktyabr 2026 - 16:35
“Mançester Siti”nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

“Mançester Siti”nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

19 Oktyabr 2026 - 16:27
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

19 Oktyabr 2026 - 16:15
Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

19 Oktyabr 2026 - 16:06
Almaniya səfiri Sumqayıta səfər edib

Almaniya səfiri Sumqayıta səfər edib

19 Oktyabr 2026 - 16:06
BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

19 Oktyabr 2026 - 16:00
Azad edilmiş ərazilərdə daha 256 mina, 631 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 256 mina, 631 PHS aşkarlanıb

19 Oktyabr 2026 - 15:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.