Belarus prezidenti Aleksandr Lukaşenko Belarusa təbii qazın tədarükü, eləcə də onun qaz kəməri ilə nəqli zamanı Rusiya ilə qiymətlərin müəyyən edilməsi proseduruna dair hökumətlərarası sazişlərə edilən dəyişikliyin ratifikasiyası haqqında qanun imzalayıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, sənəd çərşənbə günü milli hüquq portalında dərc olunub.
Məlumat verilib ki, qanunla iki ölkə arasında Belarusa təbii qazın tədarükü və onun respublika ərazisində yerləşən qaz kəməri ilə nəqlinin qiymətlərinin müəyyən edilməsi qaydası haqqında Sazişdə dəyişiklik edilməsi haqqında Protokol ratifikasiya edilir. Sənəd 2011-ci ildə dövlətlərin hökumətləri arasında sazişlərin dəyişdirilməsini də təsdiqləyir.
Dünən Belarus parlamentinin hər iki palatası ratifikasiyanın lehinə səs verib.
Yeganə