Amber Grid qaz nəqli sisteminin Litvalı operatoru “Reuters” agentliyinə bildirib ki, Litva və Latviyanı birləşdirən qaz kəmərində partlayış baş verib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, Litvanın LRT ictimai yayımı tərəfindən yayımlanan videoda ərazidə yanğının tüğyan etdiyi görünür.
Operatorun sözlərinə görə, partlayış Litvanın şimalında baş verib.
“Biz partlayışın səbəbini araşdırırıq”, – Amber Grid şirkətinin nümayəndəsi bildirib.
Baltik BNS xəbər agentliyinin məlumatına görə, polis hadisə yerinə yaxın kəndi boşaltmağa hazırlaşıb. Ölən və xəsarət alan yoxdur.
Yeganə