Ukrayna əzab içindədir və hərbi münaqişənin sona çatmasına Qərbin Kiyevə davamlı yardımı mane olur, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Elchi.az xəbər verir ki, onun çıxışının yayımı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.
“Ukrayna böhranının sülh yolu ilə həlli axtarışına mane olan əsas amil Qərbin Kiyev rejiminə açıq-aşkar əzabına baxmayaraq, ona davamlı dəstəyidir”, – deyə nazir bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna üzrə danışıqlarla bağlı sualı cavablandırarkən bildirmişdi ki, Moskva sülh prosesində irəliləyiş görmür, ona görə də xüsusi hərbi əməliyyatı davam etdirir.
Havar Şəfiyeva