Lavrov ABŞ-ın İrana yeni zərbələrindən sonra nüvə hadisəsi riski barədə xəbərdarlıq etdi.
Elchi.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyyə”yə verdiyi müsahibədə bildirib ki, ABŞ-ın İranın nüvə obyektlərinə yeni zərbəsi region və Rusiya üçün ağır nəticələrə səbəb olacaq.
Daha əvvəl CBS News mənbələrə istinadən bildirib ki, ABŞ ordusu 21 fevralda İrana zərbə endirməyə hazırdır, lakin ABŞ prezidenti Donald Tramp hələlik yekun qərar verməyib.
Lavrov qeyd edib ki, ötən ilin iyun ayında İranın nüvə obyektlərinə zərbələr Tehranı MAQATE-nin nəzarəti altında olan və “toxunulmaz” nüvə materiallarının fiziki qorunması məsələsini nəzərdən keçirməyə məcbur edib.
The Wall Street Journal-ın məlumatına görə, Cenevrədə keçirilən ABŞ-İran danışıqları zamanı Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını həll etmək üçün Rusiya kimi üçüncü tərəfə göndərməyi təklif edib. Nəşrin məlumatına görə, İran zənginləşdirməni üç ilə qədər dayandırmağa hazırdır. Lakin Tramp administrasiyası proqramın tamamilə dayandırılmasında israr edir. Danışıqlar zamanı ABŞ bölgədəki hərbi mövcudluğunu artırır və İran Hörmüz boğazını bağlamaqla hədələyib.
Şayəstə





















