Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Sabahın vəfatından sonra onun yerinə 83 yaşlı vəliəhd şahzadə Meşəl əl-Əhməd əs-Sabah təyin edilib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Vəliəhd 2021-ci ildən, xəstə əmir öz vəzifələrinin böyük hissəsini ona təhvil verəndən bəri Küveytin faktiki hökmdarıdır.
Küveytdə 10 günlük matəm elan edilib, rəsmi idarələr üç gün bağlı olacaq. Dünya liderləri Şeyx Nəvafın xatirəsini ehtiramla yad edib, onun varisi Şeyx Məşələ, Əl-Sabah ailəsinə və Küveyt xalqına başsağlığı veriblər.
Yeganə