Rusiya müdafiə sənayesi müharibə zamanı istehsalın ehtiyaclarını ödəmək üçün məhbus əməyindən istifadə edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Qeyd olunur ki, 2022-ci ilin noyabrında Rusiyanın ən böyük tank istehsalçısı olan “Uralvaqonzavod” yerli mediaya Federal Penitensiar Xidmət ilə görüşdən sonra 250 məhbusu işə cəlb edəcəyini bildirib:
“Rusiyada məhbus əməyindən istifadə ənənəsi var, lakin 2017-ci ildən məcburi əmək ayrıca cinayət cəzası kimi yenidən tətbiq edilib. Hazırda məhkumlar Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı Ukraynadakı müharibəsinin dəstəklənməsi üçün unikal insan resursudur”.