Xəzər dənizinin su səviyyəsinin artıb-azalması ona xas olan prosesdir. Lakin son illər su səviyyəsinin azalması daha uzun müddət çəkir.
Elchi.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, fəaliyyətləri dənizlə bağlı olan sahələrə su səviyyəsinin enməsi mənfi təsir göstərir:
“Bu, eyni zamanda, Xəzər dənizinin temperaturunun artmasına səbəb olur ki, nəticədə su bioresurslarının sayı azalır”.
FHN: Ötən sutka 42 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan...