KKTC-nin elektrik problemi həll edildi

37

Şimali Kipr Türk Cümhuriyyətinin su problemi həll edildikdən sonra artıq elektrik enerjisi ehtiyacı da ödəniləcək. Dənizin altından kabellə elektrik almaq üçün iş aparılır.

Elchi.az Trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Şimali Kipr Türk Cümhuriyyətində elektrik problemi üçün qolları çırmalayıb.

Türkiyədə keçirilən görüşlərə qatılan Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu KKTC-nin inkişafı üçün bütün lazımi addımların atılacağını bildirib.

Feyzioğlu, “Şimali Kiprin bütün elektrik ehtiyacları həll olunacaq. Bu nə deməkdir? Elektrik verilişində heç bir fasilə olmayacaq. İkincisi, bu, elektrikin ucuzlaşacağı anlamına gəlir. Elektrik enerjisinin ucuzlaşması hesabına evlər rahatlaşacaq. Bu, insanların daha rahat şəraitdə yaşamasına imkan verir”.

Şayəstə