Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampa söz verib ki, Kiyev Rusiya neft emalı zavodlarına endirilən zərbələri azaldacaq.
Elchi.az xəbər verir ki, Tramp bu söhbət barədə “Fox News” jurnalistinə məlumat verib.
“Mən Zelenski ilə danışdım. Dedim ki, ‘Neft emalı zavodlarına hücumları azaltmalısınız’. O isə cavab verdi: ‘Yaxşı, bəlkə də bunu edərik'”, – deyə o, “Presidents Cup” qolf turniri zamanı bildirib.
ABŞ prezidenti həmçinin administrasiyasının “bu məsələni həll edəcəyinə” dair vəd verdi.
Daha əvvəl Zelenski Trampın Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrini dayandırmaq barədə xahişini rədd etdiyini bildirmişdi. Sentyabrın 3-də Rusiya Prezidenti Vladimir Putin təmirdə olan zavodların fəaliyyətinin tezliklə bərpa olunacağını elan etdi.
Yeganə





















