İtaliyanın baş naziri Giorgia Meloni, Rumıniya ilə birlikdə Ukraynaya tam dəstəklərini təsdiqlədiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Romada baş nazir Meloni və Rumıniyanın baş naziri Marsel Çiolakunun iştirakı ilə İtaliya və Rumıniya arasında 3-cü Hökumətlərarası Zirvə görüşü keçirilib.
Sammitdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün müdafiə, kibertəhlükəsizlik, ədliyyə və turizm kimi sahələrdə sazişlər imzalanıb.
İki baş nazir sammitdən sonra birgə mətbuata açıqlama verərkən, Baş nazir Meloni “İtaliya-Rumıniya Zirvəsi dostluğumuzu daha da gücləndirir. İşbirliyimizi yeni ortaq maraq sahələrinə genişləndirir” deyib.
Nuranə Məmmədova