EN RU

İşə piyada gedən Azərbaycan naziri kimdir?

>

Bunu da oxuyun

Vergilər naziri Mikayıl Cabbarovun Azərbaycan istehsalı olan “NAZ-Lifan” markalı xidməti avtomobildən istifadə etməsi cəmiyyətdə maraqla qarşılanıb. Bildirilir ki, M.Cabbarov həftənin bəzi günlərində xidmətində olan “NAZ-Lifan” markalı Azərbaycan istehsalı maşından da istifadə edir.

Bir müddət öncə Prezident İlham Əliyevin də Naxçıvan Avtomobil Zavodunun istehsası olan maşınlardan rəsmi qurumların istifadəsini tövsiyə etməsi M.Cabbarovun məntiqi izahı kimi qəbul olunur. Ancaq heç də bütün nazirlərimiz və ya nazirliklərimizdəki xidməti avtomobillər NAZ maşınlarına üstünlük vermir. Hətta Vergilər nazirliyinin özündə belə nazirin bu addımı onun müavinləri və idarə rəisləri üçün nümunə olmayıb.

Görəsən, digər nazirlər və müavinləri hansı xidməti avtomobillərdən istifadə edirlər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazir Hüseyn Bağırov adətən işə piyada gedib- gəlir. Yalnız tədbirlər zamanı BMV markalı xidməti maşından istifadə edir.

Qeyd edək ki, H.Bağırovun illərdir işə adətən piyada gedib gəlməsi və onu ən yaxşı halda köməkçisinin müşayiət etməsini Bakı sakinləri də hər zaman müşahidə edir.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, nazirliyin aparatında yalnız nazir və nazir müavinlərinin istifadəsində xidməti avtomobillər mövcuddur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMV, nazir müavinləri isə “Nissan” markalı avtomobillərdən istifadə edir.

Bir həftədən artıqdır digər nazirliklərə göndərilən sorğuya isə cavab verilməyib.

Xatırladaq ki, nazir və nazir müavinlərinin böyük əksəriyyətinin xidməti maşını BMV və “Mersedes” markalı avtomobillərdir.

Bənzər yazılar

İran ABŞ-ni yeni hərbi avantüralardan çəkindirərək ölkənin ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qətiyyətlə müqavimət göstərməyə hazır olduğunu bildirib.  “Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı bildirib.  Qeyd olunub ki, tərəflər regiondakı son hadisələri müzakirə edib və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Əraqçi İran xalqının və ölkənin silahlı qüvvələrinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq qətiyyətini vurğulayaraq, ABŞ-nin İrana son zərbələrini pisləyib.  Əraqçi, həmçinin bildirib ki, ABŞ rəsmilərinin qarşılıqlı anlaşma memorandumuna əməl edilmədiyinə dair bəyanatları Vaşinqtonun öz öhdəliklərini pozduğunu və onun eskalasiya siyasətini davam etdirdiyini göstərir.
Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com