2023-cü il mayın 1-də İsveçrə Rusiyanı əvəz edərək ilk dəfə BMT Təhlükəsizlik Şurasının sədri oldu.
Elchi.az-ın xəbərinə görə, ölkənin BMT-dəki daimi nümayəndəsi Paskal Berrisvil jurnalistlərə bildirib ki, bu ay Təhlükəsizlik Şurasına rəhbərlik edərək, o, dialoqun qurulmasında vasitəçi və köməkçi kimi reputasiyasını doğrultmaq niyyətindədir.
2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hərbi hücumuna başlayandan bəri İsveçrənin neytrallıq siyasəti ilə bağlı qərarları dəfələrlə tənqid olunub. Xüsusilə, Bern hakimiyyəti İsveçrədə istehsal olunan silahların başqa ölkələr tərəfindən Kiyevə çatdırılmasına dəfələrlə veto qoyub. Bundan əlavə, o, sanksiyalar altındakı rusların şəxsi aktivlərini Ukraynanın bərpasına təhvil verməkdən və həmin aktivləri dondurmaq üçün qrupa qoşulmaqdan imtina edib.
Yeganə