Dünən Özbəkistanda keçirilən konstitusiya dəyişikliyi referendumunda səs nisbəti yüzdə 84,54 faiz ikən, “Özbəkistan Konstitusiya Qanununu qəbul edirsinizmi?” sualına seçicilərin 90,21 faizi “Bəli”, 9,35 faizi isə “Xeyr” cavabını verib.
Elchi.az-ın xəbərinə görə, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamhocayev mətbuat konfransında bildirib ki, səhər saat 08:00-dan axşam saat 20:00-dək davam edən konstitusiya dəyişikliyi ilə bağlı referendumda səslərin hesablanması başa çatıb.
Nizamhocayev ilkin təsbitlərə görə 16 milyon 673 min 189 seçicinin səs verdiyini, bunun da ümumi qeydə alınmış seçicilərin 84,54 faizini təşkil etdiyini deyib. Nizamhocayev bildirib ki, seçicilərin ümumi sayının yarıdan çoxunun qanuna uyğun olaraq səs verməsi səbəbindən konstitusiya dəyişikliyi referendumunun baş tutmuş sayılması üçün lazımi iştirak təmin edilib.
Qeyd edək ki, dünən Özbəkistanda konstitusiya dəyişikliyi ilə bağlı referendum üçün ölkə daxilində qurulan 11 minə yaxın seçki qutusunda səsvermə keçirilib. Özbəkistanda 307 min 895-i xaricdə olmaqla 19 milyon 722 min 809 seçici qeydiyyatdadır. Xaricdəki vətəndaşlar Türkiyə də daxil olmaqla 39 ölkədə qurulmuş 55 seçki qutusunda səslərini veriblər.
Konstitusiya insan hüquq və azadlıqları, cəmiyyət və şəxsiyyət, ölkənin inzibati-ərazi quruluşu və idarəetməsi ilə bağlı maddələrin dəyişdirilməsindən, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılmasından, prezidentin bəzi səlahiyyətlərinin parlamentə verilməsindən, səlahiyyətləri və yerli idarəçilərin vəkalətnamələri və Qaraqalpaqıstan Muxtar Respublikasının statusu ilə bağlı bəzi təkliflər ötən il ictimai müzakirəyə açılıb.
Yeganə