İsveç Nəqliyyat Agentliyi Baltik dənizi üzərində GPS siqnalının kəsilməsinin demək olar ki, hər gün artdığını açıqlayıb və buna görə Rusiyanı günahlandırıb.
Elchi.az xəbər verir ki, agentliyin məlumatına görə, 2025-ci ildə indiyədək 733 insident qeydə alınıb. Bütün 2023-cü ildə bu rəqəm cəmi 55 olub.
Bildirilir ki, GPS nasazlıqları həm hava, həm də dəniz nəqliyyatına təsir edir və insidentlərin Rusiya ərazisindən qaynaqlandığı müəyyən edilib.
Agentliyin prezidenti Andreas Holmqren vəziyyətin “ciddi” olduğunu və “mülki aviasiya üçün təhlükəsizlik riski” yaratdığını bildirib.
Şayəstə Hüseynova





















Son şərhlər