İsveç və Finlandiya NATO-ya üzvlük dialoqu kontekstində Türkiyənin bütün şərtlərini hələ də yerinə yetirməyib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Hər iki ölkə müəyyən addımlar atıb, lakin indiki mərhələdə onların öhdəliklərini yerinə yetirdiyini söyləmək çətindir. Bu addımlar yetərli deyil”.
Çavuşoğlu xatırladıb ki, bundan əvvəl Helsinkidə Türkiyə, Finlandiya və İsveçin iyun ayında imzaladığı memorandumun şərtlərinin praktiki icrası ilə bağlı üçtərəfli görüş keçirilib. Memorandum iki ölkəyə Ankaranın tələblərini nəzərə almağa və alyansa qoşulmağa imkan verəcək bir sıra addımları nəzərdə tutur:
“İndi belə bir görüş Stokholmda baş tutacaq. Bu, gələcəkdə konkret addımların həyata keçirilməsi baxımından mühüm görüş olacaq”, – deyə Çavuşoğlu əlavə edib.
Yeganə