İsveç bu ölkədə NATO bazalarının yerləşdirilməsinə çağırıb

99

İsveç Liberal Partiyası bu ölkədə NATO bazalarının yerləşdirilməsinə çağırıb.
Elchi.az xəbər verir ki, İsveç Liberal Partiyası Krallığın NATO-ya qoşulmasından sonra bu ölkədə NATO bazalarının daimi yerləşdirilməsinə çağırıb. Bu açıqlama ilə partiyanın rəhbəri Yohan Person çıxış edib.
Partiya lideri NATO bazalarının yerləşdirilməsini “xarici dünyanın İsveç üçün çox ciddi təhlükə yarada biləcəyi bir vəziyyətdə İsveç xalqının təhlükəsizliyini gücləndirmək” üsulu adlandırıb.
“Bu, bizim fikrimizcə, daimi NATO bazalarına ehtiyac demək olardı” deyən o, İsveç və NATO-nun 1990-cı illərdən “tərəfdaş olduqlarını” qeyd edərək Sveriges Radiosuna bildirib.

Şayəstə Hüseynova