Fələstin-İsrail münaqişəsinin yeni gərginləşməsi başlayandan bəri 5791 fələstinli həlak olub. Elchi.az “Reuters”a istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Anklavın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, oktyabrın 7-dən bu yana Qəzza zolağında qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 5791 fələstinli həyatını itirib. İsrail Müdafiə Qüvvələrinin hücumları nəticəsində son 24 saatda 704 nəfərin öldüyü də bildirilir.
“Save the Children” beynəlxalq xeyriyyə təşkilatına görə, son 17 gündə Qəzza zolağında azı iki min azyaşlı ölüb.
Havar Şəfiyeva