“El-Ninyo” (El Niño) iqlim hadisəsinin səbəb olduğu quraqlığın şiddətlənməsi ilə əlaqədar, Panama dünyanın ən mühüm dəniz nəqliyyat marşrutlarından biri olan Panama kanalında gəmi hərəkətini daha da azaltmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, Qlobal dəniz ticarətinin 5 faizini və ABŞ-ın konteyner daşımalarının təxminən 40 faizini təmin edən bu kanal, xərcləri və tranzit müddətini azaltdığı üçün — xüsusilə Çin, Asiya və ABŞ arasında ticarət aparan şirkətlər tərəfindən — üstünlük verilən marşrutdur.
Panama parlamentinə təqdim edilmiş layihəyə əsasən, oktyabr ayından etibarən gündə orta hesabla 29,5 gəminin keçməsinə icazə veriləcək; bu rəqəm avqust ayında qeydə alınan 36 gəmi ilə müqayisədə 18 faizlik azalmanı ifadə edir.
Sentyabr ayında səlahiyyətlilər quraqlıq səbəbindən gündəlik keçidlərin sayını artıq 36-dan 32-yə endirmişdilər.
Şayəstə





















