İsrail ordusunun baş qərargah rəisinin sözlərinə görə, İsrail ordusu Qəzza şəhərində “baş-başa döyüşür”.
Elchi.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının inzibati mərkəzinə daxil olaraq şəhərin mühasirəsini tamamladığını bildirib.
İsrail Silahlı Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, Qəzza şəhəri mühasirəyə alındıqdan sonra hərbi gəmilər və təyyarələr piyadaların komandanlıq mərkəzlərinə, raket buraxılış məntəqələrinə və HƏMAS-ın digər infrastrukturlarına hücum etməyə kömək edir.
“The Hill” İsrail ordusunun sözçüsündən sitat gətirib: “Qüvvələrimiz terrorçuları yaxın döyüşdə məhv edir, döyüş tələb olunan istənilən yerdə, hətta çətin olsa belə, İDF və onun əsgərləri üstün gəlir”.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevinin sözlərinə görə, İsrail ordusu artıq Qəzza şəhərinin mərkəzində fəaliyyət göstərir və “üz-üzə döyüşür”. “Qüvvələrimiz peşəkarlıq və böyük cəsarət tələb edən şəhər, əlçatmaz ərazilərdə döyüşür”, – deyə o əlavə edib.
Şayəstə Hüseynova