İspaniyanın Qandi çimərliyində insan ayağı tapılıb

109

İspaniyanın Qandia çimərliyində insan ayağı tapılıb. Elchi.az xəbər verir ki, bu barədə “Informacion” nəşri məlumat yayıb.

Hadisə sentyabrın 3-də baş verib. Valensiya yaxınlığındakı məşhur Avropa kurortunda çimərlikdə gəzən qadın qumla örtülmüş qəribə əşya diqqət çəkib. O, qazmağa başlayanda insan ayağı olduğunu aşkar edib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları çimərliyə girişi bağlayıb və ərazini mühasirəyə alıb.

Tapıntı ilə bağlı DNT testi aparılır. Qeyd olunur ki, müstəntiqlər  cəsədinin qalan hissəsinin də  axtarışlarına başlayıb.

Havar Şəfiyeva