İspaniyanın Qandia çimərliyində insan ayağı tapılıb. Elchi.az xəbər verir ki, bu barədə “Informacion” nəşri məlumat yayıb.
Hadisə sentyabrın 3-də baş verib. Valensiya yaxınlığındakı məşhur Avropa kurortunda çimərlikdə gəzən qadın qumla örtülmüş qəribə əşya diqqət çəkib. O, qazmağa başlayanda insan ayağı olduğunu aşkar edib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları çimərliyə girişi bağlayıb və ərazini mühasirəyə alıb.
Tapıntı ilə bağlı DNT testi aparılır. Qeyd olunur ki, müstəntiqlər cəsədinin qalan hissəsinin də axtarışlarına başlayıb.
Havar Şəfiyeva