İspaniya xarici işlər naziri Xose Manuel Albares bildirib ki, Avropa İttifaqı müdafiə sahəsində ABŞ-dan asılılığını azaltmaq üçün öz ordusunu yaratmalıdır.
Elchi.az xəbər verir ki, Brüsseldə Xarici İşlər Şurasında çıxış edən Albares bildirib ki, ABŞ prezidenti Donald Trampın NATO alyansına qarşı tənqidlərindən sonra Avropa ölkələri Rusiya kimi aktyorların Vaşinqtona kömək edib-etməyəcəyini yoxlamağa hazır olmalıdırlar. Albares deyib: “Hər səhər ABŞ-ın növbəti addımının nə olacağını düşünərək oyanmamalıyıq”.
Bu, NATO-nu zəiflətməyəcək
Müstəqil müdafiə qüvvəsinin NATO-nu zəiflətməyəcəyini iddia edən İspaniya xarici işlər naziri ABŞ-ın öz ordusunu gücləndirməsinin alyansa zərər vermədiyini xatırladıb. NATO-nun təklif etdiyi çəkindirmənin yenidən qurulmasının vacibliyini qeyd edən Albares deyib: “Əgər NATO artıq əvvəlki təhlükəsizliyi təmin edə bilmirsə, biz avropalılar olaraq daha çox iş görməliyik”.
Şayəstə





















