Yer kürəsinə yaxın obyektləri izləmək üçün istifadə edilən Project Pluto proqram təminatının tərtibatçısı Qrey toqquşmanın UTC vaxtı ilə saat 06:44-də baş verəcəyini proqnozlaşdırır.
Elchi.az xəbər verir ki, təxminən beşmərtəbəli binanın hündürlüyündə olan raket komponentinin Ayın görünən və qaranlıq tərəfləri arasındakı sərhəddə yerləşən Eynşteyn kraterinin yaxınlığında səsin yeddi qat sürətində düşməsi gözlənilir.
Orbital hesablamalar dəqiqdir
2025-ci ilin yanvar ayında başlanmış və Aya eniş vasitələri daşıyan “2025-010D” missiyasına aid olan bu raket mərhələsi buraxılışdan sonra kosmosda boş qalmışdı.
Astronom Qrey bildirir ki, kosmik zibillərin hərəkəti ümumiyyətlə proqnozlaşdırıla bilər, lakin günəş radiasiyasının təzyiqi kimi kiçik xarici amillər zamanla bu trayektoriyalarda qeyri-müəyyənliyə səbəb ola bilər. Mövcud məlumatlara görə, raketin və Ayın orbitləri 5 avqustda eyni nöqtədə kəsişəcək.
Şayəstə





















