Biz bilirik ki, İŞİD-in neft qaçaqmalçılığı üzrə bəzi yolları Türkiyə sərhədindən keçir.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
Kirbinin sözlərinə görə, bu faktdır və türklərin özü də bu barədə danışıb: “Məlumdur ki, neft qaçaqmalçılığı İŞİD-in gəlir mənbəyidir. İŞİD-in digər gəlir mənbələri də var. Mən şantaj, infrastruktur, oğurluq barədə danışıram”, – deyə Dövlət Departamentinin rəsmisi bildirib.
Türkiyə hökumətinin İŞİD neftindən gəlir götürməsi məsələsinə gəldikdə isə o vurğulayıb: “Xeyr. Biz bunun əlamətlərini görmürük. Mənə elə gəlir ki, biz bu iddiaları effektiv şəkildə təkzib etmişik və mən daha heç nə əlavə edə bilmərəm”.