“Mosulda əsgərlərimizin sayını artırdıq. Bu adi bir addımdır, İŞİD-ın hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıyır”.
Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu partiyasının parlament fraksiyasının iclasında deyib.
O, Türkiyənin heç kimin torpağında gözü olmadığını vurğulayaraq sözlərinə belə davam edi:
“İraqa 1,5 ildən çoxdur hərbi təlim veririk. Sincarın azad olunmasında əsas rolu bizim həmin düşərgələrdə təlim keçdiyimiz qüvvələr oynadı. Bu günə qədər 2 min nəfərə təlim keçilib. Türkiyənin məqsədi bu bölgədə insanları terrordan və terror təşkilatlarından qorumaqdır. Bu barədə İraq baş nazirinə məktub yazdım. Ən qısa müddətdə Bağdada səfər də edəcəyəm. Türkiyə hər yerə sülh aparır, biz hər yerdə terrora qarşıyıq”.
Türkiyənin Xarici İşlər Nazirliyinin məsələylə bağlı verdiyi yazılı açıqlamada isə İraqdakı türk hərbçilərin geri çağırılmayacağı, lakin əlavə qüvvələrin də göndərilməyəcəyi bildirilir.