"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İŞİD-çilər üçün uşaq doğan qadınlar… – FOTO

06 Fevral 2015 - 12:27
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Ermənistanda 27 sentyabr skandalı: üzr istədilər

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir


Doğrudan da, görəsən qadın cihadçılar İŞİD ekstremistləri arasında necə yaşayırlar?
Moderator.az -ın BBC Azərbaycana istinadən verdiyi məlumata görə, İraq və Suriyada İŞİD-i dəstəkləyən və özlərini “Xansa Briqadası” adlandıran qadınlar internetdə ərəbcə uzun bir traktat yerləşdiriblər. Əsas məqsədi Səudiyyə Ərəbistanından və Körfəz ölkələrindən qadınları səfərbər etmək olan bu bəyanda suallara cavablar verilir.
İndi bu traktat ingiliscəyə tərcümə edilərək Londonda məskunlaşmış anti-ekstremist araşdırma mərkəzi “Quilliam” tərəfindən çap edilib.
Sənəddə deyilir: “9 yaşlı qızın ərə getməsi tamamilə qanunidir”
“Pak qızların çoxu 16-17 yaşlarında ərə gedir”
“Ərə getdiyi andan etibarən qadın gözdən-nəzərdən uzaq olmalı, Xilafəti bağlı qapılar arxasından dəstəkləməlidir”
“Qadınlar geridə qalmış olmamalı, təhsil görməli, ələlxüsus da 15 yaşından başlayaraq İslam dininə aid hər şeyi bilməlidirlər”.
Sənəddə qeyd olunur ki, evdən çıxaraq işə gedən azad qadının Avropa modeli iflasa uğrayıb və qadınlar kişilərlə bərabərlikdən tikandan başqa bir şey qazanmayıblar.
Dəbli geyimlər satan dükanları İblis əməli sayılır.
Britaniyalı Aqsa Mahmud Suriyada İŞİD döyüşçüsünə ərə getmiş Qərb qadınlarından biridir
Miqrantlar üçün “Cənnət”
Bu uzun sənəd internetdə yanvarın 23-də dərc edilsə də, uzun müddət beynəlxalq medianın diqqətindən kənarda qalıb. Sənəd, Qərb ölkələrindən İŞİD-ə mühacirət etmiş qadın cihadçıların sosial mediada paylaşdıqları statuslardakı zorakı mesajlardan xeyli fərqlənir. Reallıq isə sənəddə göstərilənlər deyil, qadınların yaşadıqlarıdır. Britaniyadan olduğu təxmin edilən 50 qadın da daxil olmaqla, İŞİD-ə qoşulmaq üçün minlərlə qadın gözəl həyat arzusu ilə Türkiyədən Suriyaya keçib. Onların hazırda sağ olduqlarını isə heç kim bilmir…

Sənəd israr edir ki, qadınların rolu oturaqdır və onlar kişi cihadçılar üçün uşaq doğmalı, evdən dəstəkləməlidirlər. Bütün bunlardan sonra traktatın böyük bir hissəsi İŞİD-in üsul-idarəsində yaşayan qadınların normal həyat yaşadıqlarının vurğulanmasına həsr edilib. “Dövlət heç nəyi qadağan etmir”deyilir, lakin dərhal da əlavə edilir ki, kişilərin və qadınların mədrəsələrdəki yerləri ayrıdır.

Rakka İŞİD-in elan etdiyi Xilafətin paytaxtı sayılır. İŞİD-inn de fakto paytaxtı sayılan bu şəhər “mühacirlərin cənnəti” adlandırılır.

“Pozğun qadınlar”
Traktatda iddia olunur ki, əksinə Körfəz ərəb ölkələrindəki və Səudiyyədəki qadınlar “vəhşilik və düşmənçiliklə” üzləşirlər. Sənəd izah edir ki, bu “vəhşilik və düşmənçilik” özünü qadınların kişilərlə birlikdə dükanlarda işləməsində, pasport və başqa kimlik sənədlərindəki fotolarda, Qərb təhsil ocaqlarında təhsil almaqda və Səudiyyənin Ciddə şəhərindəki “kafirlik universitetlərində”oxumaqda büruzə verir.

Regionda ən mühafizəkar media qurumlarından biri olan Səudiyyə televiziyası “fahişələrin və kafirlərin televizya kanalı” adlandırılır, yazar qadınlara isə “pozğun qadın” damğası vurulur. Xaricdən gətirilən müəllimlər öz “zəhərli və kafir ateist ideyalarını yayan casuslar” kimi damğalanırlar.

Maraqlıdır ki, bu traktatda yezidilərin kütləvi şəkildə köləyə çevrilməsindən, azyaşlı qızların oğurlanaraq gətirilməsindən, kəsilən başların Raqqa şəhərində nizəyə taxılmasından və homoseksualların 7-ci mərtəbədən atılmasından bir kəlmə də deyilmir.

Previous Post

İŞİD-çilər üçün uşaq doğan qadınlar… – FOTO

Next Post

İordaniyalı pilotlardan Bağdadiyə “məktub”

Bənzər yazılar

Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28 Sentyabr 2026 - 15:47

Bakcell və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb. Təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı...

Ermənistanda 27 sentyabr skandalı: üzr istədilər

Ermənistanda 27 sentyabr skandalı: üzr istədilər

28 Sentyabr 2026 - 14:42

44 günlük müharibənin başlamasının altıncı ildönümündə Ermənistan İctimai Televiziyasında müğənni Tata Simonyanın əyləncə konsertinin kadrları yayımlanıb. Elchi.az Globalinfo.az-a istinadla xəbər...

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir

28 Sentyabr 2026 - 14:09

Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq sentyabrın 28-də Azərbaycana gətiriləcək. Elchi.az xəbər verir ki, qarşılama saat...

YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir

YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir

28 Sentyabr 2026 - 13:30

Yeni Azərbaycan Partiyasının (YAP) keçiriləcək VIII qurultayında partiyanın rəhbər strukturlarının say tərkibinə yenidən baxılması gözlənilir. Elchi.az-ın əldə etdiyi məlumata görə,...

Next Post

İordaniyalı pilotlardan Bağdadiyə "məktub"

İordaniyalı pilotlardan Bağdadiyə "məktub"

Son xəbərlər

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

28 Sentyabr 2026 - 17:36
Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə həll etməyə çağırıb

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə həll etməyə çağırıb

28 Sentyabr 2026 - 17:24
“Real Madrid”in saytı 10-cu dəfə dünyada 1-ci oldu

“Real Madrid”in saytı 10-cu dəfə dünyada 1-ci oldu

28 Sentyabr 2026 - 17:13
Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vuruldu

Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vuruldu

28 Sentyabr 2026 - 17:05
AZAL-ın Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

28 Sentyabr 2026 - 16:58
Aİ Ukrayna üçün hərbi təlim missiyasının mandatını 2028-ci ilə qədər uzadıb

Aİ Ukrayna üçün hərbi təlim missiyasının mandatını 2028-ci ilə qədər uzadıb

28 Sentyabr 2026 - 16:46
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib

28 Sentyabr 2026 - 16:39
Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəməri ilə ixracı bərpa edib

Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəməri ilə ixracı bərpa edib

28 Sentyabr 2026 - 16:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

28 Sentyabr 2026 - 16:25
Azərbaycanın U-17 millisi İrlandiyaya 0:16 hesabı ilə uduzdu

Azərbaycanın U-17 millisi İrlandiyaya 0:16 hesabı ilə uduzdu

28 Sentyabr 2026 - 16:17
Portuqaliya klubu Suaresin qiymətini açıqladı

Portuqaliya klubu Suaresin qiymətini açıqladı

28 Sentyabr 2026 - 16:06
Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

28 Sentyabr 2026 - 16:00
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28 Sentyabr 2026 - 15:47
Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

28 Sentyabr 2026 - 15:30
Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub

28 Sentyabr 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.