Roma Papası XIV Lev Fransaya səfəri zamanı Avropa ölkələrini fikir ayrılıqlarını dialoq və güzəştlər yolu ilə həll etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Mets şəhərində çıxış edən pontifik qitədəki silahlı münaqişələrə son qoymaq üçün güzəştlərə getməyin vacib olduğunu bildirib. “İnsanlar və dövlətlər arasındakı münasibətlər getdikcə daha az sivil xarakter alır. Verilən sözün dəyəri inkara olunur. Əvəzində insanlar yalan və hiylə ilə öyünürlər”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Avropa “başqalarına hörmət nümayiş etdirərək” bu dövrü qıra bilər.
Pontifik ölkələri səbirli dialoqa, eləcə də “ümumi sülh naminə bəzi tələblərdən imtina etməyə” hazır olmağa çağırıb.
O əlavə edib ki, beynəlxalq hüquq və multikulturalizm “hər bir münaqişənin əsasında dayanan ağalıq etmək həvəsinə qarşı ən yaxşı dərmandır”.
Pontifik sentyabrın 24-də dördgünlük apostol səfəri ilə Fransaya gəlib. Bazar ertəsi o, Mets şəhərinə (Qrand-Est regionu) yola düşüb və burada Aİ, Avropa Şurası və NATO-nun banilərindən biri olan Rober Şumanın adını daşıyan konfrans mərkəzində “Sülh və birlik naminə Avropanın köklərinə doğru” adlı nitqlə çıxış edib.
Məryəm





















