İranın son cavab hücumu zamanı İsraildə 3-ü ağır, 44 nəfər yaralanıb

🗓 19.06.2025 12:09 ✍️ "Elçi" qəzeti
İranın son cavab hücumu zamanı İsraildə 3-ü ağır, 44 nəfər yaralanıb

İranın son cavab hücumunda İsraildə 3-ü ağır olmaqla 44 nəfərin yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, İsrailin fövqəladə yardım xidməti, Davudun Qırmızı Ulduzu İranın son hücumu ilə bağlı məlumat verib.
Açıqlamada, hücumdan sonra qrupların və səhiyyə işçilərinin yaralılara tibbi yardım göstərdiyi, 3-ü ağır, 2-nin vəziyyətinin orta ağır olduğu, 39 nəfərin isə partlayış və qəlpələrdən yüngül yaralandığı bildirilib.
Bildirilib ki, İranın İsrailin hücumlarına cavab olaraq atdığı 20-dən çox raket paytaxt Təl-Əviv ətrafında və cənubda Nəcəfdə bəzi nöqtələrə düşüb.
İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə
İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.
Bundan əvvəl İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilmişdi.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Şayəstə Hüseynova

Bənzər yazılar