İranda nümayişlər zamanı asayiş keşikçisinin öldürülməsi hadisəsi ilə bağlı 3 nəfərə verilən edam hökmü apellyasiya şikayəti əsasında ləğv edilib.
Elchi.az-ın “Trthaber.com.tr”-yə istinadən məlumatına görə, Ali Apellyasiya Məhkəməsinin İctimaiyyətlə Əlaqələr Direktoru Əmir Haşimi “Twitter” hesabında paylaşdığı mesajda Kerac şəhərində nümayişlər zamanı mühafizəçinin öldürülməsi ilə bağlı 16 müttəhimin Kassasiya Məhkəməsinə verdiyi şikayətin nəticəsini açıqlayıb.
Haşimi iranlı həkimlər Həmid Karahasanlu, Hüseyin Muhammedi və Rıza Aryanın İnqilab Məhkəməsində çıxarılan edam hökmlərinin Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edildiyini bildirib.
Yeganə