İranda Mossad agenti olmaqda ittiham olunan 5 nəfər saxlanılıb

🗓 18.06.2025 12:07 ✍️ "Elçi" qəzeti
İranda Mossad agenti olmaqda ittiham olunan 5 nəfər saxlanılıb

İranın Lorestan əyalətində İsrailin xarici kəşfiyyat agentliyi Mossad adından "sosial mediada" fəaliyyət göstərdiyi iddia edilən 5 nəfər saxlanılıb.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA, Lorestan İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin verdiyi yazılı açıqlamanı dərc edib.
Sosial şəbəkələrdə fəaliyyət göstərən 5 nəfər İsrailin İrana hücumları zamanı ictimaiyyət arasında təşviş və qorxu yaratmaqda və rejimi yormaqda ittiham olunur.
Dünən eyni əyalətdə 18 nəfər təhlükəsizlik qüvvələri tərəfindən oxşar ittihamlarla saxlanılıb.

Şayəstə Hüseynova

Bənzər yazılar