İran və Rusiya qərb valyutasından niyə imtina edir...

İran və Rusiya ortaq ticari və iqtisadi layihələri maliyyələşdirmək üçün birgə bank yaratmağa hazırlaşır.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yeni bankın köməyi ilə Moskva və Tehran qarşılıqlı hesablaşmalarda Qərb valyutalarından yayınmağı düşünür.

İnformasiyaya əsasən, İran-Rusiya Ticarət Palatasının başçısı Əsədulla Əsgəroladi bildirib: “İran-Rusiya bankı rubl və realdan istifadə eləməklə və dolları, avronu, funtu istisna etməklə qarşılıqlı valyuta mübadiləsini həyata keçirə bilər”.
İran nümayəndəsi onu da qeyd edib ki, birgə bank mərkəzi bankların və özəl sektorun dəstəyi ilə yaradılacaq. Bundan əlavə, o, Qərbin həm Rusiyaya, həm də İrana qarşı sanksiyalar tətbiq etməsinə diqqət yönəldib.