İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi NATO-nun baş katibi Rutteni ABŞ prezidenti Trampa “ABŞ-ı İrana hücumuna görə təbrik edən” mesajına görə tənqid edib.
Elchi.az xəbər verir ki, Bekayi X sosial media platformasında məsələ ilə bağlı yazılı açıqlama verib.
“NATO baş katibinin suveren ölkəyə hücumu “həqiqətən fövqəladə” adlandıraraq təbrik etməsi utancverici, iyrənc və məsuliyyətsizlikdir. Qəddarlığı və ədalətsizliyi dəstəkləyən şəxsin şərəfi yoxdur. Cinayəti dəstəkləyən şəxs həm ortaq, həm də köməkçi sayılır”, – İranın sözçüsü bildirib.
Nuranə Məmmədova


















