İran İsrailə yeni raket zərbələri endirib

İsrail Müdafiə Qüvvələri (IDF) İrandan atılan raketlərin təsbit edildiyini və İsrail ərazisində sirenlərin çalındığını açıqlayıb. O, insanları bomba sığınacaqlarına girməyə və “sonrakı xəbərdarlığa qədər” orada qalmağa çağırıb.
Elchi.az xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" qəzeti hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raketləri ələ keçirməyə çalışdığını yazıb.
Xəbərdə İrandan İsrailə 20-dən çox raket atıldığı və ölkənin mərkəzində və cənubunda ən azı 4 nöqtəyə dəydiyi bildirilib.
Raketlərin paytaxt Təl-Əvivdə, mərkəzdə Ramat Qan və Holonda, cənubda isə Bir essebi şəhərində (Berşeva) bəzi binalara birbaşa düşdüyü, Bir essebi hədəf alan raketin Soroka xəstəxanasına düşdüyü bildirilib.
Yerusəlim və Təl-Əvivdə güclü partlayış səsləri eşidilib. AFP-nin məlumatına görə, Yerusəlimdə səhər saat 7:10 radələrində eşidilən partlayışlar münaqişə başlayandan bəri ən böyük partlayış olub.
İrandan İsrailə atılan raketlərdən üçü birbaşa Soroka xəstəxanasına düşüb. Xəstəxana ciddi dağıntılara məruz qalıb. Təl-Əvivin mərkəzində yerləşən birja binası da vurulub.
Şayəstə Hüseynova