İran dövlət televiziyasında çıxış edən İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi, Omanla əldə edilən razılaşmanın Hörmüz boğazında gəmiçilik zolağı üçün 7 mil enində bir en təmin etdiyini və cənub dəhlizini faktiki olaraq bağladığını bildirdi.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Qəribabadi, Hörmüz boğazında dəniz gəmiçilik zolağı ilə bağlı Omanla əldə edilən razılaşmanın təfərrüatlarını açıqladı.
O, İran və Oman arasında Hörmüz boğazında birgə dəhlizin aktivləşdirilməsi barədə razılığa gəlindiyini, bunun cənub dəhlizinin bağlanması demək olduğunu bildirdi.
Qəribabadi, razılaşmaya əsasən, boğazdakı gəmiçilik zolağının müvəqqəti olaraq 7 mil enində olmasına qərar verildiyini və Omanın cənub zolağını tamamilə bağlamağa razı olduğunu və hazırda İran silahlı qüvvələrinin cənub zolağından keçməyə icazə vermədiyini söylədi.
Qəribabadi əlavə etdi ki, bu zolaq müvəqqətidir və Omanla daimi zolaqla bağlı danışıqlar aparılacaq. İran rəsmisi Hörmüz boğazının bağlı qaldığını və İranın ona tam nəzarət etdiyini iddia edərək, boğazdan gəmilərin keçməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib.
Qəribabadi ABŞ və digər ölkələrin “Hörmüz boğazının yalnız İranın müəyyən etdiyi razılaşmalar çərçivəsində açılacağını” bilməli olduqlarını vurğulayıb.
Şayəstə





















