Yəhudi köçkünlərin işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərinin Silvad və Turmusayya qəsəbələrini giriş-çıxışlara bağladığı, ərazidən keçən avtomobillərə hücum etdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan WAFA-nın məlumatına görə, onlarla yəhudi mühacir İsrail əsgərlərinin himayəsi altında Silvad və Turmusəyya qəsəbələrinin giriş-çıxışlarını bağlayıb.
Yəhudi mühacirlər də bölgədən keçən fələstinlilərə hücum edərək onların maşınlarına daş atıblar.
Bildirilir ki, İsrail əsgərləri və yəhudi köçkünlər dünən səhər saatlarında Muğayır kəndi yaxınlığında çobanlıq edərkən itdiyi iddia edilən yəhudi köçkünü tapmaq üçün axtarışlar aparır.
Şayəstə Hüseynova