İndoneziyada vulkan püskürməsi: Ən yüksək xəbərdarlıq səviyyəsi elan edilib

🗓 18.06.2025 11:08 ✍️ "Elçi" qəzeti
İndoneziyada vulkan püskürməsi: Ən yüksək xəbərdarlıq səviyyəsi elan edilib

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətinin Şərqi Flores bölgəsindəki Levotobi Laki-Laki vulkanının püskürməsindən sonra bölgədə ən yüksək xəbərdarlıq səviyyəsi elan edilib.
Elchi.az xəbər verir ki, İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi verdiyi açıqlamada Levotobi Laki-Laki vulkanında vulkanik aktivliyin olduğunu açıqlayıb.
Açıqlamada vulkanın təqribən 10 min metr yüksəkliyə kül atdığı bildirilib. Vulkandan çıxan göbələk formalı kül buludu təxminən 150 kilometr uzaqlıqdakı şəhərdən görünürdü.
Səlahiyyətlilər bölgədə ən yüksək xəbərdarlıq səviyyəsini elan edərək, vulkanın ətrafındakı 8 kilometrlik ərazinin təhlükə zonası olaraq təyin olunduğunu açıqlayıb.
Vulkanik hadisə nəticəsində ölən olmayıb.
"Sakit Okean Atəş Halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.
2024-cü ilin noyabrında Levotobi Laki-Laki vulkanının püskürməsi nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb.

Şayəstə Hüseynova

Bənzər yazılar