“İndoneziyada “qızıl viza”nın tətbiqi son mərhələdədir, o, yaxın bir neçə həftə ərzində istifadəyə veriləcək”.
Elchi.az Ria.ru-ya istinadəm xəbər verir ki, bu barədə ölkənin turizm və kreativ iqtisadiyyat naziri Santiaqo Uno məlumat verib.
Onu əldə etmək üçün İndoneziyaya səfər edən xarici vətəndaşlar bir sıra meyarlara cavab verməli və hesablarında kifayət qədər vəsaitə malik olmalıdırlar.
Vizanın 5 ildən 10 ilədək müddətə verilməsi planlaşdırılır.
S.Uno qeyd edib ki, yeni viza növü İndoneziyaya, xüsusən də Bali adalarına etibarlı turistləri cəlb etməyə kömək edəcək. Bundan əlavə, o, belə bir giriş icazəsinin xarici investorları maraqlandıracağına inanır.
Yeganə