"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“İnanıram ki, sülhməramlılar tezliklə Ağdərə-Kəlbəcər yolunda hərəkətin təhlükəsizliyini təmin edəcək”

04 Mart 2021 - 17:03
in MANŞET
FacebookVatsap

Baş prokurorun sabiq birinci müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov gündəmin aktual mövzusu ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb:

Bunu da oxuyun

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp


– İsa müəllim, 44 günlük müharibədəki möhtəşəm qalibiyyətimiz elə təəssürat yaratmışdı ki, hələ 44 ay deyil, 44 il danışsaq, doymayacağıq. Amma cəmiyyətdəki maksimalist əhval-ruhiyyə, “niyə Xankəndini, Xocalını, Ağdərəni ala bilmədik”, “niyə sonadək erməniləri qovub çıxarmadıq” kimi iddiada bulunanların sayı ötən hər gün çoxalmaqda, qələbə eyforiyası sanki dondurma kimi sürətlə əriməkdədir. Siz cəmiyyətdəki bu cür ziddiyyətli əhval-ruhiyyəni nə ilə izah edərdiniz?

– Cəmiyyətdə bu cür əhval-ruhiyyənin mövcudluğu xarici dövlətlərin Azərbaycanda toqquşan maraqlarından irəli gəlir – səbəblərdən biri budur. İkincisi, hakimiyyət iddiasında olan daxili qüvvələrin qeyri-obyektiv təbliğatının nəticəsidir. Digər bir səbəb isə erməni kəşfiyyatının internet resurslarından məharətlə istifadə etməsidir. Sizə bir fakt deyəcəm: Bu günlərdə iki vətəndaşımızın bir-birilə söhbətinin şahidi oldum: “Əəə, erməni Xankəndində kef çəkir, biz isə ora gedə bilmirik. Sonra da deyirlər Qarabağ bizimdir”. 
Müharibədə minlərlə canlı itki verən, minlərlə yaralısı olan ermənilər orada necə kef çəkə bilər? Özü də qapalı yerdə yaşayan, təhlükə altında olan bir məqamda. 
Türkiyə, Pakistan və bir neçə dövlətdən başqa, heç bir yerdən mənəvi dəstək almayan gənclərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında qiyməti və dəyəri əvəzsiz olan bir qələbə qazandı. Belə bir möhtəşəm qələbənin əhəmiyyətini azaltmaq, yumşaq desək, insafsızlıqdır.
Son günlərdə ermənilərin bir neçə qrupa parçalanmasının şahidiyik. Onların artıq kütləvi şəkildə Rusiyaya axını başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin mühasirəsində olan ermənilərin sonu nəylə bitəcəkdir? Bu suala cavab tapmaq heç də çətin deyildir. Onlar heç vaxt bizim vətəndaşlığı qəbul etməyəcəklər. Millətçilik zəhəriylə zəhərlənmiş və özləri haqqında yüksək fikirdə olan bu dönmələr gec-tez Qarabağı tərk etməyə məhkumdurlar. Və qeyd etdiyim kimi, artıq bu proses başlanmışdır. 30 il dözmüşüksə, bir müddət də dözmək olar. Bütün qələbələrin rəhni ağıl və uzaqgörənlikdir. Millətimiz, vətəndaşlarımız bu keyfiyyətə malikdir. Əminəm ki, diplomatiya siyasətində də Ali Baş Komandanımız qələbəmizi davam etdirəcəkdir. 

– Tez-tez ücüncü Qarabağ savaşının real olduğu və yaxud hansısa formada antiterror əməliyyatı zərurəti yaranacağı iddiaları səsləndirilir. Sizcə, müharibənin aktiv fazası artıq bitibmi? Yoxsa “dəmir yumruq”a ehtiyac olacaq qarşıdakı dönəmdə? 

– 10 illik İran-İraq müharibəsində ABŞ-dan kifayət qədər dəstək alan Səddam Hüseyn 1993-cü ildə yenidən, ABŞ səfirinin təminat dəstəyi nəticəsində Küveytə hücum etdi. Dərhal da İraq, ABŞ-ın hərbi hava qüvvələrinin hücumuna məruz qaldı. Qısa müddətli müharibədə İraq ordusu böyük itkilər verdi. Küveyt isə azad edildi. Dünyada hal-hazırda 4 güc mərkəzi var: ABŞ, Avropa Birliyi, Rusiya Federasiyası və Çin. Əgər diqqət yetirsək, Avropa Birliyi hələlik ABŞ-ın yedəyindədir. Nəzərə alsaq ki, dünya ticarət müharibəsi hələ də davam edir, onda belə bir şəraitdə 3-cü Qarabağ müharibəsinin tərəfimizdən başlanması nə qədər məqsədə müvafiqdir?! Kimsə bunun nəticəsini əvvəlcədən dürüst, düzgün görə bilərmi?..
ABŞ və Avropa Birliyindən olan Minsk qrupunun həmsədrlərinin Prezidentimizlə son görüşündə bir hal diqqətimdən qaçmadı. O da ABŞ-ın nümayəndəsinin Prezidentimizə zillənən nəzərləri və səsinin tonu idi. Bu insana məxsus əlamətlər, həmsədrin narazılığını və hardasa, hiddətini ifadə edirdi. Bu gün ABŞ Rusiya Federasiyasına, İrana və eləcə də digər bizdən böyük dövlətlərə qarşı sanksiyalar tətbir edir. Bir anlıq təsəvvür edin: ABŞ bizim bank əməliyyatlarımıza, onlarda saxlanılan valyuta ehtiyatlarımıza qarşı sanksiya tətbiq edir. Onda iqtisadi durumumuz necə olacaqdır?!  Erməni lobbisinin təsiri altında olan Qərbin siyasi qüvvələri bizə qarşı necə hərəkət edəcəklər? Amma cənab prezidentin ötən mətbuat konfransında da dediyi kimi, “Dəmir yumruq” hər zaman yerindədir və ermənilər xarici havadarlarının təxribatçı çağırışlarına uyaraq 10 noyabr müqaviləsinin bəndlərini pozmağa çalışsalar, Qarabağda azərbaycanlılara qarşı hansısa formada namərdlik etsələr, təbii ki, üçüncü Qarabağ savaşı da olmasa onlara qarşı antiterror əməliyyatı aparılması mümkündür. Necə ki, 10 noybar müqaviləsinin ardından Hadrut və Xocavənd istiqamətində təmas xəttinə sızmış terror dəstələri qısa zamanda zərərsizləşdirildi, xeyli sayda terrorçu da sağ ələ keçirildi. Bir sözlə, ermənilərin nə sözünə, nə imzalarına heç zaman etibar etmək olmaz və hər zaman silahlı qüvvələrimiz, xüsusi xidmət orqanlarımız tətikdə olmağa davam edəcəklər. 

– Görünən odur ki, işğaldan azad olunan ərazilərdə məskunlaşma xeyli zaman aparacaq, bu da oraya qayıtmaq üçün alışıb-yanan əhalidə əlavə gərginlik yaradır, bu prosesi sürətləndirmək üçün siz nə təklif edərdiniz?

– Sizin sualınıza, yalnız azad etmədiyimiz ərazilər barədə cavab verəcəm. Rusiya Federasiyasının prezidenti cənab V.V.Putin Qarabağın Azərbaycana məxsus olduğunu dönə-dönə təsdiq etmişdir. Sülhməramlıların xidməti borclarından ən əsası ərazi sahibinin vətəndaşların öz torpaqlarında sərbəst hərəkətini təmin etməsidir. Qarabağın sahibi də bizik. Bunun təmin edilməməsi sülhməramlıların niyyətinin məkrli olmasına dəlalət edir. Əgər belə olarsa, onların çıxıb getmələrini tələb edə bilərik. Lakin mən inanıram ki, beynəlxalq məsələlərdə öz vədlərinə həmişə sadiq qalan Rusiya Federasiyasının sülhməramlıları tezliklə Ağdərə-Kəlbəcər yolunda hərəkətin təhlükəsizliyini təmin edəcəkdir. Nəqliyyat vasitələrimizin sərbəst hərəkəti bərpa olunacaqdır. Növbəti mərhələdə isə qaçqınlarımızın dədə-baba yurdlarına qayıtmaları təmin ediləcəkdir.  

– Sizcə, Rusiya-Türkiyə münasibətlərinin son 300 ildə ən yüksək səviyyədə olmasından istifadə edərək Azərbaycan Qarabağda daha hansı addımları atmalıdır? 

– Rusiya-Türkiyə münasibətləri artıq əvvəki kimi deyildir. Ötən əsrin əvvəllərindən ta bu günə kimi bu iki dövlət arasındakı münasibətlərdə yaxınlaşma müşahidə edilir. Baxmayaraq ki, bu gün Türkiyə-Rusiya Suriyada, Liviyada hərbi münaqişə zonalarında qarşı-qarşıya dursalar da, ümumi məqsəd eynidir: müsəlman ölkələrində sabitliyi bərpa etmək. 
Bu sualınıza eyni zamanda bəzi tarixi faktlarla cavab verməyə çalışacam. Birinci Dünya Müharibəsində Antanta qüvvələri Osmanlı İmperiyasının bütün ərazilərini alaraq Ankaraya qədər gedib çatmışdı. Böyük şəxsiyyət Atatürk silah-sursat və pul almaq üçün V.İ. Leninə müraciət etdi. Oxuduğum mənbələrdən mənə bəllidir ki, Leninin atası provoslav dinini qəbul edən mardov millətinə məxsus bir şəxs olub. Mardovlar da türkdür. Lenin Atatürkün müraciətinə müsbət cavab verdi. Rusiyadan aldığı silah-sursat hesabına qardaşlarımız düşmənlərimizi qıraraq, vətənlərini azad etdilər. İkinci dünya müharibəsində isə İnönü hökuməti, Almaniyanın təzyiqlərinə baxmayaraq, SSRİ-yə qarşı hərbi əməliyyata qoşulmadı. 
Vətən müharibəsi başlamadan əvvəl də Türkiyə Respublikasının prezidenti cənab R.T.Ərdoğan Rusiya Federasiyasının prezidenti cənab V.V.Putinlə intensiv görüşlər və danışıqlar aparırdı. Prezidentimiz dövlətimizin əvvəldən müəyyən edilən xarici siyasətinin əsas kursunu – “bloklara qoşulmamaq” – davam etdirdi. Artıq paytaxtımız bu siyasətin də mərkəzinə çevrilmişdir. Mən Prezidentimizin bu siyasi kursunun tərəfdarıyam. Hər iki dövlətlə əməkdaşlığımızı daha da möhkəmlətməli və iqtisadi əlaqələrimizi genişləndirməliyik. 

Previous Post

“İnanıram ki, sülhməramlılar tezliklə Ağdərə-Kəlbəcər yolunda hərəkətin təhlükəsizliyini təmin edəcək”

Next Post

Onlar hikkələrindən xalqı təhqir edirlər

Bənzər yazılar

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25

Portuqaliya Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir. "Hörmətli cənab Prezident....

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfəri məşğulluğu təmin edilib. Bu...

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

05 İyun 2026 - 13:00

"Livanda sülh olsa, həqiqətən də əla olardı”. Elchi.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə...

Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

05 İyun 2026 - 10:26

Ukrayna prezidenti Volodimir Zelenski birbaşa Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış açıq məktubda üzbəüz danışıqlara çağırış edib. Zelenski görüşün neytral üçüncü...

Next Post
Deputat: “Ordu ciddi mülki nəzarət altında olmalıdır” – Müsahibə

Onlar hikkələrindən xalqı təhqir edirlər

Deputat: “Ordu ciddi mülki nəzarət altında olmalıdır” – Müsahibə

Onlar hikkələrindən xalqı təhqir edirlər

Son xəbərlər

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

05 İyun 2026 - 22:24
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

05 İyun 2026 - 22:21
Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

05 İyun 2026 - 22:20
Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

05 İyun 2026 - 22:18
Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

05 İyun 2026 - 22:17
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05 İyun 2026 - 21:29
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

05 İyun 2026 - 21:25
Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

05 İyun 2026 - 19:28
Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

05 İyun 2026 - 19:27
Livan şərtini açıqladı

Livan şərtini açıqladı

05 İyun 2026 - 19:26
Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25
Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

05 İyun 2026 - 19:19
Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

05 İyun 2026 - 19:18
ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

05 İyun 2026 - 19:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.