"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Onlar hikkələrindən xalqı təhqir edirlər

11 Mart 2021 - 11:24
in CƏMİYYƏT
FacebookVatsap

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

– Qüdrət bəy, Milli Şura Birinci vitse-prezident Mehriban xanım Əliyevanın YAP-da birinci müavin təyin olunmasını “top-tüfənglə” qarşıladı. Sizin bu məsələyə münasibətiniz necədir?

– Bu, Yeni Azərbaycan Partiyasının daxili işi olsa da, qeyd etməliyəm ki, hər kəs bu təyinata münasibət bildirə bilər. Mehriban xanımın 2017-ci ildə Birinci vitse-prezident təyin olunması hökumət daxilində sabitliyin daimiliyını təmin edən ciddi faktora çevrildi, o cümlədən xalqın gözlədiyi dəyişikliklərə yol açdı. Ümid edirəm hakim partiyada da onun təyinatı partiyadaxili sabitliyə, canlanmaya və ümumən ölkəmizdə siyasi sistemin inkişafına töhfə verəcəkdir.

– Son vaxtlar bəlli düşərgənin bəzi təmsilçiləri xalqımızı, onların çağırışlarına cavab verib küçələrə tökülmədiyi üçün təhqir edib aşağılamaqdan belə çəkinmirlər. Bu barədə nə deyə bilərsiniz?

– Xalqı heç vaxt nəyə görəsə qınamaq və ya təhqir etmək olmaz. Bunu edənlər ədəbsiz və savadsız insanlardır. Siyasətçilər öz fəaliyyətlərini xalqın sosial inkişaf səviyyəsinə görə qurmalıdırlar. Kimsə bunu başa düşmürsə, bu, onun problemidir. Hələ 20 il öncə mən deyəndə ki, cəmiyyətimizdəki bütün nöqsanlara görə iqtidarı günahlandırmaq olmaz və biz Qərb standartlarına uyğun cəmiyyət qurmaq istəyiriksə əvvəlcə həmin cəmiyyəti quracaq insanları hazırlamalıyıq, buna görə radikallıqdan imtina edib azsaylı tərəfdarlarımızı mərhumiyyətlərlə üz-üzə qoymamalı, iqtidarla əməkdaşlıq edib, təlatümlərsiz cəmiyyətin inkişafına nail olmalıyıq, o zaman mənə hücum edirdilər ki, yox, xalqımız demokratik cəmiyyət qurmağa hazırdır, amma iqtidar imkan vermir. Baxmayaraq ki, Milli Azadlıq Hərəkatının lideri Elçibəy də deyirdi ki, elə məsələlər var, onun həlli zamana bağlıdır. 20 ildən sonra mən deyəni, deyəsən, başa düşüblər. Amma onları cəmiyyətin inkişafı yox, hakimiyyətə gəlmək düşündürür. Ona görə də hikkələrindən onları müdafiə etməyən xalqı təhqir edirlər. İstəyirəm, xalqımız bilsin ki, biz hamımız yüksək standartlara cavab verən cəmiyyət qurmağa hazır olmayana qədər hakimiyyət dəyişikliyi yaxşı mənada mövcud problemlərin qalmasına, pis variantda isə ölkəmizdə sabitliyin pozulub, əldə olunanların itirilməsinə səbəb olacaq. Həm keçmişdə yaşadıqlarımız, həm dünya təcrübəsi bunu təsdiq edir. Əvvəllər söylədiklərimi bir daha təkrar edirəm, hazırda ölkəmizin xoşbəxt gələcəyi hakimiyyət dəyişikliyində yox, yuxarıdan islahatlar yolu ilə cəmiyyətin inkişafına nail olmaqdadır. Mövcud daxili və xarici siyasi konyukturanı, beynəlxalq və regional vəziyyəti təhlil edərək əminliklə deyirəm ki, hal-hazırda qansız-qadasız bu islahatları yalnız İlham Əliyev həyat keçirə bilər. Kimsə İlham Əliyevi sevməyə bilər, amma ölkəmizin və xalqımızın mənafeləri üçün islahatların genişləndirilməsi naminə onu müdafiə etməlidir.

– Qüdrət bəy, bəzilərinin dediyi kimi, ölkədə sabitliyin pozulması təhlükəsi varmı?

– Bizim kimi ölkələrdə sabitliyin pozulması üçün iki mühüm faktor birlikdə olmalıdır. Birincisi, xalq hakimiyyət dəyişikliyində maraqlı olmalıdır. Xalq deyəndə bitərəfli, iqtidarlı, müxalifətli çoxluğu nəzərdə tuturam. İkincisi, ölkəmizə təsir imkanları olan böyük güclər də bunu istəməli və xalq bunu açıq-aydın hiss etməlidir. Söhbət çevriliş etmək istəyən qüvvələrə maliyyə və beynəlxalq siyasi dəstək verilməsindən gedir.

Hazırda bu iki faktorun heç biri yoxdur. Xalqımız bütün mövcud problemlərə baxmayaraq, Prezident İlham Əliyevi dəstəkləyir, ona Qarabağı işğaldan azad edən Ali Baş Komandan kimi rəğbət bəsləyir və onların həyatını yaxşılaşdıracaq islahatları həyata keçirəcəyinə inanır. Bundan başqa ictimai təhlükəsizlik və dövlət təhlükəsizliyi DİN və DTX tərəfindən ciddi şəkildə qorunur, təxribatlar üçün hər hansı imkan və şərait yoxdur. Eyni zamanda, bölgəyə təsir imkanları olan heç bir ölkə Azərbaycanda sabitliyin pozulmasında maraqlı deyil. Ona görə sabitliyi pozacaq heç bir real şərait yoxdur və sabitliyi xalqımız göz bəbəyi kimi qorumalıdır. Yeri gəlmişkən onu da deyim ki, bu vəziyyət islahatlar davam etməyəcəyi təqdirdə əbədi qalmayacaq, ona görə iqtidar arxayınlaşmamalı, islahatların həyata keçirilməsini sürətləndirilməlidir.

– Türkiyədə Rusiyanın inşa etdiyi “Akkuyu” AES-in 3-cü blokunun təməlqoyma mərasimində hər iki ölkə prezidentinin çıxışını necə qarşıladınız?

– Türkiyə-Rusiya münasibətləri inkişaf edir və bu bizi sevindirir. Bölgədə inkişaf və təhlükəsizlik əhəmiyyətli dərəcədə bu iki ölkənin münasibətlərinə bağlıdır. Hər iki ölkə bir-biri üçün keçilməz tərəfdaşa çevrilməkdədir. Belə bir vəziyyət həmin ölkələrlə strateji münasibətləri olan Azərbaycanın da mövqelərini gücləndirir, ölkəmizin nəqliyyat habına çevrilməsinə, iqtisadi inkişafına və ərazisi üzərində suveren hüquqlarını bərpa etməyə geniş imkanlar yaradır. Türkiyənin Rusiya ilə əlaqələrinin inkişafı Qərbə qarşı yönəlməsə də, bəzi dairələr bunu qıcıqla qarşılayır, Türkəyini sanksiyalarla hədələyirlər. Türkiyə isə NATO üzrə öhdəliklərinə sadiq olduğunu və Qərbə inteqrasiya siyasətindən imtina etmədiyini bəyan etməklə öz dövlət maraqlarından çıxış edir, onunla hədə dili ilə danışmağın heç bir perspektivinin olmadığını bəyan edir. Qərb qapılarını Türkiyənin üzünə açmağa hazır olmadığından Türkiyə haqlı olaraq Rusiya daxil, Şərq ölkələri ilə əməkdaşlığın daha perspektivli olduğu qənaətinə gəlib. Hazırda Türkiyə iqtidarı çox çevik siyasət yürüdə bilir və əminəm ki, yaxın gələcəkdə dünyanın siyasi xəritəsini cızan lider ölkələrdən birinə çevriləcəkdir.

Previous Post

Onlar hikkələrindən xalqı təhqir edirlər

Next Post

VHP funksioneri: “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir” – Müsahibə

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan...

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11

Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə...

Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

14 Sentyabr 2026 - 17:55

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan...

Next Post
VHP funksioneri: “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir” – Müsahibə

VHP funksioneri: “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir” - Müsahibə

VHP funksioneri: “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir” – Müsahibə

VHP funksioneri: “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir” - Müsahibə

Son xəbərlər

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

14 Sentyabr 2026 - 22:31
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.