İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin bu ölkənin nüvə obyektlərində yoxlama aparılması ilə bağlı çağırışına cavab verib və prosesin müəyyən şərtlər altında mümkünlüyünə diqqət çəkib.
Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami bildirib.
“Agentliyin baş direktoru (BAEA-nın rəhbəri Rafael Qrossi) ABŞ və İsraildən İranın dinc nüvə obyektlərinə hücumu, təhdidi dayandırmağı tələb etməlidir ki, BAEA-nın təminatlarının icrası üçün zəruri zəmin yaransın”, – o xatırladıb.
Daha əvvəl Qrossi İrandakı əsas nüvə obyektlərinə çıxışın təmin edilməsinin Tehran üçün müsbət nəticələrə səbəb olacağını bildirib.
Xatırladaq ki, BAEA-nın Rəhbərlər Şurasının sentyabr iclası keçirilir və Azərbaycan da bəyanatla çıxış edib.





















