Ermənistan ilə Latviya Ermənistan Respublikası və Avropa İttifaqı (Aİ) arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin icrasına dair protokol imzalayıb.
Elchi.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Müvafiq sənədi Riqada Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ilə Latviyanın xarici işlər naziri Bayba Braje imzalayıblar.
Qeyd edək ki, Ararat Mirzoyan Latviyada işgüzar səfərdədir.





















