“Bəzi ölkələr də elə qayda var ki, pensiya kapitalı qalıbsa, vətəndaş pensiya yaşına çatmayıbsa və ya çatıb, ondan sonra az yaşayıbsa həmin kapital doğmalarına verilmir. Bu, qanunla ona görə nəzərdə tutulmur ki, bunun üçün kifayət qədər büdcə yoxdur”. Bunu Elchi.az-a açıqlamasında maliyyə üzrə ekspert Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə bizim bu gün ödədiyiniz pul, pensiyalara kifayət eləmir:
“Buna görə hər il Dövlət Sosial Müdafiə Fondundan əlavə vəsait verilir. Əgər pensiyaya çıxan adamlarının vərəsələrinə həmin pulu versə, kifayət qədər büdcə yetməz. Təklif edərdim ki, imkanlı adamların büdcəsindən daha çox vergi tutulsun və sosial fonduna büdcə ayırsın. Və bununla da dünyasını dəyişmiş adamların yaxınlarına pensiya kapitalından pul ayıra bilsinlər”.
Havar Şəfiyeva