"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

12 İyun 2025 - 18:31
in CƏMİYYƏT

fhn

FacebookVatsap

Fövqəladə Hallar Nazirliyinin idman yarışlarında uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

Bunu da oxuyun

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlanıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

FHN-dən Elchi.az-y-a verilən xəbərə görə, 7-9 iyun tarixlərində keçirilmiş Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə yunan-Roma güləşi üzrə U15 və sərbəst güləş üzrə U15 və U23 yaş qrupları üzrə “Çempion” kəmər turnirində altı müxtəlif ölkədən (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) 40-dan çox idman cəmiyyəti və klublardan olmaqla 770-ə yaxın idmançı qüvvələrini sınayıb.

Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun uşaq, yeniyetmə və gənclərdən ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı baş leytenant Elmir Qəmbərovun rəhbərliyi ilə yüksək nəticələr əldə ediblər. Belə ki, sərbəst güləş üzrə U15 yaş qrupları arasında 21 kq çəki dərəcəsində Səid Abdullayev, 53 kq çəki dərəcəsində isə Bərdan Səfərli bürünc medala layiq görülüblər. Komandanın digər üzvü 48 kq çəki dərəcəsində Rasim İbrahimli bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına və kəmərinə sahib çıxıb.

Qaliblərə Azərbaycan Güləş Federasiyasının təsis etdiyi diplom, medal və kəmər təqdim olunub.

Bundan əlavə, 11 iyun 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarışlara yekun vurulub.

Yarışda altı dövlət qurumundan 30-a yaxın əməkdaş kişilər və qadınlar bir nəfərlik qayıqda (K-1), kişi cütlüklər və qarışıq cütlüklər iki nəfərlik qayıqda (K-2) olmaqla öz qüvvələrini sınayıblar.

Fövqəladə Hallar Nazirliyinin yarışda iştirak edən 5 nəfərdən ibarət komandasının əməkdaşları yüksək nəticələrə imza atıblar. Şəxsi yarışlar üzrə K-1 kateqoriyasında kişilər arasında FHN Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov gümüş, FHN-in Akademiyasının əməkdaşı baş leytenant Özcan Kərimov bürünc medalın sahibi olublar. Qadınlar arasında Nazirliyin Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın çempionu adını qazanıblar. Komandanın digər üzvü FHN-in Aparatının əməkdaşı Mələkxanım Məmmədova isə bürünc medala yiyələnib. Qarışıq cütlüklər arasında K-2 kateqoriyası üzrə də Rüfət Əhmədov və Leyla Əliyeva mübarizə apararaq yarışın ən yüksək pilləsinə qalxmağı bacarıblar. Kişi cütlüklər arasında keçirilən yarışda isə FHN-in Akademiyasının əməkdaşı baş leytenant Özcan Kərimov və Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov yarışı üçüncü yerdə tamamlayıblar.

12 iyun 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşlar və idmançılarla görüşərək, onları qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Previous Post

Azərbaycanda sosial müavinətlər artırılıb – FƏRMAN

Next Post

Şuşa Bəyannaməsi: Qardaşlığın zirvəsi və strateji gələcəyin manifesti

Bənzər yazılar

Sabah Bakıda yağış yağacaq

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

02 Oktyabr 2026 - 10:31

Oktyabrın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən...

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlanıb

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlanıb

02 Oktyabr 2026 - 09:45

"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi hazırlanıb. Elchi.az xəbər veri ki, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu...

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin...

Next Post

Şuşa Bəyannaməsi: Qardaşlığın zirvəsi və strateji gələcəyin manifesti

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Kamran Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının iclasında iştirak edib

Kamran Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının iclasında iştirak edib

02 Oktyabr 2026 - 12:28
Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 - 12:20
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

02 Oktyabr 2026 - 12:14
Hikmət Hacıyev: Rəsmi Bakı Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsini gözləyir

Hikmət Hacıyev: Rəsmi Bakı Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsini gözləyir

02 Oktyabr 2026 - 12:06
Antibiotik qəbulu zamanı şəkər istehlakı bağırsaq bakteriyalarına zərər verir

Antibiotik qəbulu zamanı şəkər istehlakı bağırsaq bakteriyalarına zərər verir

02 Oktyabr 2026 - 11:57
Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

02 Oktyabr 2026 - 11:45
İlon Mask Tramp administrasiyasına qayıdır

İlon Mask Tramp administrasiyasına qayıdır

02 Oktyabr 2026 - 11:40
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

02 Oktyabr 2026 - 11:35
Alimlər saatlarla deyil, həftələrlə təsir göstərən yerli anesteziya üsulu hazırlayıb

Alimlər saatlarla deyil, həftələrlə təsir göstərən yerli anesteziya üsulu hazırlayıb

02 Oktyabr 2026 - 11:27
Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

02 Oktyabr 2026 - 11:13
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 11:03
Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52
Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

02 Oktyabr 2026 - 10:44
Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib

Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib

02 Oktyabr 2026 - 10:39
Sabah Bakıda yağış yağacaq

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

02 Oktyabr 2026 - 10:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.