"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Şuşa Bəyannaməsi: Qardaşlığın zirvəsi və strateji gələcəyin manifesti

12 İyun 2025 - 20:23
in MANŞET

resad mahmudov

FacebookVatsap

15 iyun 2021-ci il tarixi Azərbaycan–Türkiyə münasibətləri üçün yeni bir epoxanın başlanğıcı kimi yadda qaldı. Həmin gün Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd təkcə diplomatik akt deyil, eyni zamanda, iki qardaş xalqın tarix, mədəniyyət və ortaq tale üzərində qurulan münasibətlərinin yüksək mərhələyə – strateji müttəfiqliyə keçidinin rəsmi nişanəsi oldu.

Bunu da oxuyun

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Şuşa Bəyannaməsi tarixə, mədəniyyətə və ortaq köklərə söykənən bir baxışın hüquqi və siyasi ifadəsidir. İki dövlətin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd, əslində, bir əsrdən artıq davam edən dostluğun, dəfələrlə sınaqdan çıxmış qardaşlığın və zamanın sərt küləklərinə davam gətirən müttəfiqliyin zirvədəki təsdiqidir. Bu, yalnız siyasi maraqların deyil, milli mənsubiyyətin, mədəni birliyin və geosiyasi məsuliyyətin bəyanıdır.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək və qətiyyətli mövqe bu bəyannamənin geosiyasi zəminini formalaşdırdı. Bəyannamə ilə təsbit edilən əməkdaşlıq sahələri – müdafiə sənayesi, təhlükəsizlik, nəqliyyat, enerji, təhsil və mədəniyyət – regional güc balansında yeni reallıqlar yaradaraq Cənubi Qafqazda sabitlik və inkişafın təminatına çevrildi.

Şuşa Bəyannaməsi həm də Türk Dünyasının inteqrasiyasında mühüm mərhələ sayılır. Bu sənəd, təkcə Azərbaycanla Türkiyə arasında deyil, bütövlükdə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün model funksiyası daşıyır. Bu model, həm milli suverenliklərin möhkəmləndirilməsi, həm də regional təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.

Əslində, Şuşa Bəyannaməsi yalnız bu günü deyil, gələcəyi də təmin edən sənəddir. Bu sənəd iki dövlətin taleyini birgə yazmaq iradəsinin hüquqi formasını təşkil edir. Azərbaycan və Türkiyə artıq birgə inkişaf, birgə müdafiə və birgə mədəni yüksəliş yolundadır. Bu sənəd ilə “bir millət, iki dövlət” ideyası daha da dərin mənaya bürünür – bu artıq yalnız şüar deyil, konkret əməkdaşlıq formatına çevrilmiş siyasi strategiyadır.

Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini keyfiyyətcə yeni bir səviyyəyə qaldırmış regional və beynəlxalq əhəmiyyətli bir hadisədir. Bu bəyannamə, iki qardaş ölkənin gələcək əməkdaşlığının istiqamətlərini müəyyən edərək, onların müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında, regional sülh və sabitliyin təmin edilməsində, eləcə də iqtisadi və mədəni inkişafında mühüm rol oynamağa davam edəcək.

Deputat sonda bildirib ki, nəticə etibarilə, Şuşa Bəyannaməsi Türk birliyinin, regional sabitliyin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın təcəssümüdür. Bu bəyannamə ilə Azərbaycan və Türkiyə bir daha sübut etdi ki, tarixi qardaşlıq yalnız keçmişin mirası deyil, gələcəyin də təminatıdır. Şuşa şəhərində imzalanan bu müqəddəs sənəd təkcə bir akt deyil, gələcəyə yazılmış ortaq anddır – sarsılmaz birliyimizin manifestidir!

Previous Post

İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

Next Post

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Bənzər yazılar

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir təşkil...

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Sentyabr 2026 - 20:44

Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata...

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

18 Sentyabr 2026 - 20:28

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

18 Sentyabr 2026 - 19:00

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını yolverilməz adlandırıb və bu hücumların...

Next Post

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Bu günün valyuta məzənnələri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30
Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28
Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22
SOCAR neftçiləri təbrik edib

SOCAR neftçiləri təbrik edib

18 Sentyabr 2026 - 22:47
Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib

Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib

18 Sentyabr 2026 - 22:45
SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

18 Sentyabr 2026 - 22:44
Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41
Tramp: İranla düzgün razılaşma olmayacaqsa, mən ona baxmayacağam

Tramp: İranla düzgün razılaşma olmayacaqsa, mən ona baxmayacağam

18 Sentyabr 2026 - 21:56
Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

18 Sentyabr 2026 - 21:54
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu – FOTO/VİDEO

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu – FOTO/VİDEO

18 Sentyabr 2026 - 21:51
Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Sentyabr 2026 - 20:44
AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

18 Sentyabr 2026 - 20:42
Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

18 Sentyabr 2026 - 20:28
AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

18 Sentyabr 2026 - 20:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.