"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

18 Sentyabr 2026 - 20:23
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar.

Bunu da oxuyun

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

Elchi.az bəyanatı təqdim edir:

“Son günlərdə Ermənistanda Azərbaycanın Qarabağ ərazisində olan Qafqaz Albaniyası abidələri, xüsusilə də Gəncəsər monastırı ətrafında süni şəkildə yaradılan məqsədyönlü hay-küy, tarixi elmi reallıqlarla heç bir əlaqəsi olmayan ucuz və mənasız sensasiya yaratmaq cəhdindən ibarətdir.

Əslində isə Gəncəsər monastır kompleksi və onun mühüm tərkib hissəsi olan Gəncəsər monastırı erməni tarixi ilə heç bir əlaqəsi olmayan, Qafqaz Albaniyasına məxsus tarixi abidədir. Bu abidənin Albaniyaya və onun yerli əhalisi olan albanlara məxsus olması təkzibedilməz tarixi-arxeoloji faktlar ilə çoxdan sübut olunur. Bunu təsdiq edən ən önəmli faktlardan biri Gəncəsər monastırının ermənilərə heç bir aidiyyəti olmayan Qafqaz Albaniyasının tarixi coğrafi ərazisində inşa edilməsidir. Həmin ərazi Qafqaz Albaniyası dövlətinin əsas vilayətlərindən biri olub, onun tərkibində tarixi inkişaf yolu keçmişdir. Ərəb Xilafəti süquta uğradıqdan sonra burada Alban çarlığının hakimiyyəti qismən bərpa olunmuşdur. XII-XIII əsrlərdə bu ərazidə Alban-Xaçın knyazlığı yüksəlmişdir. Bu knyazlığın hökmdarı Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Həsən Cəlal (1215-1261) olmuşdur. Həsən Cəlal və onun həyat yoldaşı əsli etibarilə məşhur Alban sülaləsi Mehranilər şəcərəsinə mənsubdur. Çar, yaxud mütləq hakim titulu daşıyan Həsən Cəlal dövrün mənbələrində “knyazlar knyazı”, “Xaçın ölkəsinin knyazı”, “Albaniyanın çarı” və s. bu kimi titullar ilə adlandırılırdı.

Həsən Cəlalın dövründə Azərbaycanın bu tarixi torpaqlarında iqtisadi, siyasi və mədəni tərəqqi baş vermiş, onun dövrü Alban renessansı kimi xarakterizə olunmuşdur. Gəncəsər monastırı da bu renessansın möhtəşəm nümunəsi kimi inşa edilmişdir.

Gəncəsər monastırında albanlara məxsus bərabərtərəfli xaç işarəsindən istifadə olunmuşdur. Bərabərtərəfli xaç işarəsi albanların möhürü funksiyasını yerinə yetirmişdir. Monastır regionun yerli inşaat materialları ilə tikilmişdir.

Bundan başqa, Qarabağ ərazisindəki əksər abidələrdəki və Gəncəsər monastırındakı epiqrafik yazılar albanlara məxsus olan mətnlərdən ibarətdir. Bu epiqrafik yazılar Gəncəsər monastırının daş kitabəsidir. 1919-cu ildə Petroqradda Gəncəsər monastırının epiqrafik mətnləri haqqında nəşr olunan və elə həmin dövrdə ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilən Gəncəsər yazılarına dair kitabda da bu abidələrin albanlara məxsus olduğu təsdiqini tapmışdır. Monastırın üzərindəki freskalar (divar rəsmləri) da bu abidənin alban irsinə aid olduğunu bir daha əyani şəkildə sübut edir.

Ermənilər hələ sovet hökuməti dövründə, sonra isə işğal prosesi zamanında Gəncəsər monastırının erməniləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişlər. Belə ki, monastırın alban epiqrafik abidələri məhv edilmiş, yaxud sökülərək Ermənistana aparılmış və təhrif edilmiş erməni mətnləri ilə əvəz edilmişdir. Eyni zamanda, Gəncəsər monastırı üzərində olan bərabərtərəfli alban xaçı fərqli formaya malik olan qriqorian xaç işarəsi şəklinə salınmışdır. Monastırın içərisindəki alban katolikoslarına məxsus məzarlara da müdaxilə edilmiş, qəbirlərin ilkin quruluşu dəyişdirilmişdir. Həmçinin, işğal dövründə ermənilər bərpa adı ilə Gəncəsər monastırında Ermənistandan gətirilmiş inşaat materiallarından istifadə etməklə abidənin orijinal görkəminə xələl gətirmişlər.

Qafqaz Albaniyası abidələri, o cümlədən Gəncəsər monastırı ilə bağlı elmi və tarixi reallıqlar bunlardan ibarət olduğu halda, Azərbaycanda fəaliyyət göstərən diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı ermənilər tərəfindən edilmiş təhriflərin müşahidə olunmasının Ermənistanda narazılıqlar yaratması əsl həqiqətin ört-basdır edilməsindən başqa bir şey deyildir.

Hesab edirik ki, Gəncəsər monastırı ətrafında Ermənistan tərəfindən qaldırılan qalmaqalın heç bir elmi-tarixi əsası yoxdur və hazırda Azərbaycan dövlətinin meydana qoyduğu sülh gündəliyinə zərbə vurmaq məqsədi daşıyır. Bu təxribat faktı Ermənistanda uzun illərdən bəri Azərbaycanın milli-mənəvi dəyərlərinə, mətbəx nümunələrinə sahib çıxmaq, abidələrimizi süni şəkildə özününküləşdirmək siyasətinin davamından ibarətdir. Bu onu göstərir ki, Ermənistanda uydurma Böyük Ermənistan xülyasından əl çəkməyən qüvvələr hazırda öz ölkələrində reallıqlara doğru atılmaqda olan addımları da pozmaq niyyətlərini həyata keçirirlər.

Azərbaycan alimləri Gəncəsər monastırı ətrafında Ermənistanda məqsədyönlü olaraq qızışdırılan kampaniyanı qətiyyətlə pisləyir və erməni tərəfini süni və yalan təbliğata deyil, elmi həqiqətlərə obyektiv yanaşmağa çağırır.

İsa Həbibbəyli, AMEA -nın prezidenti, akademik

Gövhər Baxşəliyeva, AMEA-nın vitse-prezidenti, akademik

İsmayıl Hacıyev, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik

Teymur Kərimli, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik

Nərgiz Axundova, akademik

Ərtegin Salamzadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Hacıfəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü

Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü

Vəli Baxşəliyev, AMEA-nın müxbir üzvü

Cəfər Qiyasi, AMEA-nın müxbir üzvü

Kərim Şükürov, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

İlham Məmmədzadə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

Fərhad Quliyev, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Kübra Əliyeva, sənətşünaslıq doktoru, professor

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor

Əliağa Məmmədli, antropologiya elmləri doktoru, professor

Allahverdi Əlimirzəyev, tarix elmləri doktoru, dosent

Ramil Ağayev, tarix elmləri doktoru, dosent

Rahibə Əliyeva, memarlıq doktoru

Natiq Alışov, tarix üzrə fəlsəfə doktoru, dosent

Təvəkkül Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent

Taleh Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent

Telman İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ellada Bəkirova, tarix üzrə fəlsəfə doktoru, dosent

Vaqif Əsədov, tarix üzrə fəlsəfə doktoru, dosent

Ülviyyə Hacıyeva, tarix üzrə fəlsəfə doktoru

Gülanə Əliyeva, tarix üzrə fəlsəfə doktoru”.

Previous Post

“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı

Next Post

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bənzər yazılar

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Elchi.az xəbər verir ki, müraciətdə deyilir:...

Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

06 Oktyabr 2026 - 09:58

Daxiliİşlər Naziriyi balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin...

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin (Antonio Tayani) müavini Edmondo Çirielli Azərbaycanın bu ölkədəki səfiri Elçin Hüseynli ilə görüşüb...

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35

İranın ABŞ ilə problemi ondan ibarətdir ki, danışıqlar başlayan zaman Vaşinqton İslam Respublikasına hücum edir. Elchi.az ISNA-ya istinadən xəbər verir...

Next Post
Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

06 Oktyabr 2026 - 11:26
Gənclər arasında xərçəng halları artır

Gənclər arasında xərçəng halları artır

06 Oktyabr 2026 - 11:17
Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

06 Oktyabr 2026 - 11:08
Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

06 Oktyabr 2026 - 10:56
Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09
Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

06 Oktyabr 2026 - 09:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.