Elchi.az xəbər verir ki, Hindistanın Cammu və Kəşmir bölgəsində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 5 nəfər həyatını itirib.
Hindistanın Cammu və Kəşmir bölgəsində bazar günü təsirini davam etdirən güclü yağış sel və torpaq sürüşmələrinə səbəb olub. Dağlıq bölgədə yağan yağış və sürüşmə nəticəsində 5 nəfər həyatını itirib, Srinagar-Cammu avtomobil yolu nəqliyyatın hərəkətinə bağlanıb. Yüzlərlə insan evlərindən təxliyə edilərkən, çoxlu mal-qara tələf oldu.
Bu gün Kəşmirdə bütün məktəblər bağlanıb, Kəşmir Universiteti də daşqın və torpaq sürüşməsi səbəbindən bütün imtahanları təxirə salıb.
Şayəstə Hüseynova