Hakkaridə terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatda 16 şübhəli saxlanılıb.
Hakkari Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində il mərkəzi, Şemdinli və Yüksekova rayonlarında terror təşkilatı PKK/KCK-ya qarşı eyni vaxtda əməliyyat keçirilib.
Elchi.az xəbər verir ki, əməliyyatda “terror təşkilatına üzv olmaq” və “terror təşkilatının təbliğatını aparmaq” ittihamı ilə saxlanılan 17 şübhəlidən 16-sı yaxalanıb.
Digər şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şübhəlilərin yaşayış yerlərində aparılan axtarışlar zamanı çoxlu sayda təşkilati nəşrlər, sənədsiz tüfənglər və rəqəmsal materiallar ələ keçirilib.
Şayəstə