Ukraynadakı münaqişə silah və sursat istehsalının əvvəlki illə müqayisədə xeyli artdığı ölkələrin hərbi-sənaye kompleksinin əlinə keçdi.
Elchi.az xəbər verir ki, “Voennoye obozreniye” nəşri Qərb mənbələrinə istinadən yazır ki, silah istehsalının sürəti onların “soyuq müharibə” dövründəki istehsal sürəti ilə müqayisə oluna bilər.
Ukrayna əsas yardımı ABŞ, İngiltərə, Polşa və Çexiyadan alır. Son iki ölkə hərbi istehsalı inkişaf etdirir və Kiyevə silah tədarükü üçün yeni müqavilələr bağlayır.
Xüsusi əməliyyat Şərqi Avropa dövlətlərinə Ukraynadakı döyüşlər zamanı köhnə hərbi texnikanın qalıqlarından qurtulmağa və onları zərərsizləşdirməyə imkan verdi. İndi ölkələr müasir silahların istehsalını artırır, eyni zamanda onları Ukrayna Silahlı Qüvvələrinə verirlər.
Şayəstə